Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu azalıb
# 01 aprel 2011 08:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın 2010-cu il üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4 818,2 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bunun 4 142,6 mln. dolları və ya 86%-i Azərbaycandan ödənişlər, 675,5 mln. dolları və ya 14%-i ölkəyə gəlirlərlə bağlı olan daxilolmalardır təşkil edib.

Beləliklə, 2010-cu üzrə gəlirlər üzrə tədiyyə balansında 3 467,1 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da əvvəlki ilə nisbətən 1,5% azdır. Qeyd edək ki, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər Azərbaycana daxil olan ödənişləri 6,1 dəfə üstələyir.

Azərbaycandan ödənişlərin əsas hissəsini (3 082,4 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (113,6 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (212 mln. dollar) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR