Bank Of Baku

İrlandiya Mərkəzi Bankı: Ölkə banklarını iflasdan xilas etmək üçün 24 mlrd. avro lazımdır

İrlandiya Mərkəzi Bankı: Ölkə banklarını iflasdan xilas etmək üçün 24 mlrd. avro lazımdır
# 01 aprel 2011 08:25 (UTC +04:00)
Bakı - APA-Economics. İrlandiya Mərkəzi Bankının sədri Patrik Xonoxan bəyan edib ki, bu ölkənin banklarını iflasdan xilas etmək üçün 24 mlrd. avro (34 mlrd. dollar) vəsait lazımdır.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, P.Xonoxan bildirib ki, bu məbləğ dörd kredit təşkilatında keçirilən stress-testlərin nəticəsində ortaya çıxıb.

Onun sözlərinə görə, 24 mlrd. avro nəzərə alınmaqla 2009-cu ildən İrlandiya banklarına maliyyə yardımının həcmi 70 mlrd. avro təşkil edəcək.

Qeyd edək ki, İrlandiya qlobal iqtisadi böhrandan ən çox zərər ölkələrdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR