Bank Of Baku

“Fitch” dörd Azərbaycan bankının reytinqlərini təsdiqləyib

“Fitch” dörd Azərbaycan bankının reytinqlərini təsdiqləyib
# 01 aprel 2011 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın “AGBank”, “DəmirBank”, “Unibank” və “Texnikabank”ın emitentin uzunmüddətli defolt reytinqlərini “B-“ səviyyəsində təsdiqləyib və “Texnikabank”ın bu reytinq üzrə proqnozunu “neqativ”dən “sabit”ə yaxşılaşdırıb.

APA-Economics”in məlumatına görə, bununla da adı çəkilən bankların reytinqləri üzrə proqnozların “sabit” səviyyədə olduğu təsdiqlənib. Bu 4 bankın reytinqləri mürəkkəb əməliyyat mühiti, məhdud müştəri bazası və müxtəlif dərəcədə aktivlərin keyfiyyəti kimi amillərin təsiri altındadır.

Reytinq agentliyinin məlumatında o da bildirilir ki, reytinqlərdə bank sistemində müşahidə olunan likvidliyin artması nəzərə alınıb və bu amil də öz növbəsində ilkin olaraq depozitlərin 2010-cu ildə 17% artması ilə bağlıdır. Həmçinin müsbət amil kimi bankların depozit portfelinin diversifikasiyası da qeyd olunur. Bundan başqa, vurğulanır ki, makroiqtisadi amillər, o cümlədən ölkə iqtisadiyyatı üçün müsbət perspektivlər bankların kreditləri üzrə mümkün ola biləcək itkiləri məhdudlaşdırmağa imkan verir.

Agentliyin şərhində deyilir ki, “DəmirBank” və “Unibank”ın balansları digər iki bankdan daha dayanıqlıdır, çünki həmin banklarda problemli kreditlərin ehtiyatlarla təmin edilməsi daha yaxşıdır. Eyni zamanda hər iki bankın 2010-cu ildə gəlirliliyin aşağı düşməsi reytinqlərə mənfi təsir edib. Agentlik “AGBank” və “Texnikabank”a problemli kreditlərin mənfi təsir etməsini vurğulamaqla bərabər qeyd edir ki, ölkə iqtisadiyyatı üçün müsbət perspektivlər bu banklara həmin kreditlərlə yaranmış vəziyyəti həll etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR