Bank Of Baku

Bakıda Beynəlxalq Sığorta Forumu keçirilə bilər

Bakıda Beynəlxalq Sığorta Forumu keçirilə bilər
# 01 aprel 2011 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yay aylarında Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Sığorta Forumu keçirilə bilər. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Direktorlar Şurasının sədri Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, qurumun növbəti iclaslarının birində bu məsələ müzakirə olunacaq. Həmçinin forumun keçirilməsi ilə bağlı bütün sığorta şirkətlərinə ASA tərəfindən müvafiq təkliflər də göndəriləcək. Təkliflərdə sığorta şirkətinin forumun keçirilməsinə menasibəti, razı olduğu halda forumun təşkili ilə bağlı müəyyən məbləğdə vəsaitin ayrılması qeyd olunub.

A.Əliyev bildirib ki, 28 sığorta şirkətindən 15-i razı olduğu halda, beynəlxalq sığorta forumu baş tuta bilər.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR