Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyaların və xarici kreditlərin hesabına formalaşıb:
(mln. doll.)
Cəlb olunan xarici kapitalın strukturu | ||
| 2009-cu il | 2010-cu il |
Birbaşa investisiyalar | 2 899,0 | 3 347,3 |
- neft-qaz sektoru | 2 146,3 | 2 573,4 |
- digər sektorlar | 752,7 | 773,9 |
Kreditlər və digər investisiyalar | 2 729,9 | 4 966,2 |
- dövlət təminatlı kreditlər | 646,8 | 735,5 |
- dövlət təminatlı olmayan kreditlər | 1 020,9 | 2 635,3 |
- neft-qaz sektoru | 77,0 | 667,6 |
- banklar | 734,8 | 1 686,6 |
- digərləri | 209,1 | 281,1 |
- digər investisiyalar | 1 062,2 | 1 595,4 |
CƏMİ | 5 629,9 | 8 315,5 |
Mərkəzi Bankın tədiyyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3 347,3 mln. dollar olub. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 76,9% təşkil edir.
Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi 1,8 dəfə artıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 11,2 faiz bəndi artaraq 59,5% təşkil edib. Artım əsasən neft-qaz sektoru və banklar tərəfindən cəlb edilmiş kreditlər hesabına formalaşıb.
Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 2011-ci ildə 2 052 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Qaytarılmış kreditlərin 44,3%-i (909,9 mln. dollar) bank sisteminin, 12,3%-i (252,2 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərin, 30%-i (615,9 mln. dollar) neft-qaz sektorunun, 13,4%-i (274,1 mln. dollar) isə digər müəssisə və firmaların payına düşür.