Bank Of Baku

Bakıda “Ödəniş kartları üzrə fırıldaqçılığa qarşı mübarizə” mövzusunda seminar keçirilib

Bakıda “Ödəniş kartları üzrə fırıldaqçılığa qarşı mübarizə” mövzusunda seminar keçirilib
# 01 aprel 2011 10:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) və «Visa Inc.» beynəlxalq ödəniş sisteminin təşkilatçılığı ilə Bakıda «Ödəniş kartları üzrə fırıldaqçılığa qarşı mübarizə» mövzusunda seminar keçirilib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, seminarda «Visa Inc» tərəfindən Sakit okeanı regionu, Mərkəzi Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə risklərin idarə edilməsi departamentinin rəhbəri İnqo Noka və Cənub-Şərqi Avropa ölkələri üzrə risk meneceri Zan Jovanovski, həmçinin ölkədə fəaliyyət göstərən bankların, prosessinq təşkilatlarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Seminarda «Visa»nın risk strategiyası, ödəniş kartları ilə fırıldaqçılıq hallarına qarşı təhlükəsizlik tədbirlərinin görülməsi, emissiya və ekvayrinq üzrə fırıldaqçılıq hallarının qarşısının alınması yolları, kart hesabı üzrə məlumatların təhlükəsizliyini təmin edilməsi və risklərin qarşısının alınması proqramları, risk vasitələri və xidmətləri, Azərbaycanda ödəniş kartları bazarında yaranan risklərin planlaşdırılması haqqında ətraflı məlumat verilib.

Müzakirələr zamanı ödəniş kartı üzrə məlumatların oğurlanması, təsərrüfat subyektinin səlahiyyətsiz şəkildə kart üzrə məlumatlara daxil olması, yeni texnologiya və çatdırma sistemləri vasitəsilə fırıldaqçılığın qarşısının alınması kimi məsələlərə də toxunulub və bu istiqamətlərdə mövcud beynəlxalq təcrübə müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR