Bank Of Baku

«KredoBank»ın İdarə Heyətinin sədri vəzifəsindən istefa verib

«KredoBank»ın İdarə Heyətinin sədri vəzifəsindən istefa verib
# 01 aprel 2011 10:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «KredoBank» ASC-nin İdarə Heyətinin sədri başqa bir bankın təklifini qəbul edərək sözügedən bankdakı vəzifəsindən istefa verib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən İlqar Məlikov bildirib.

İ.Məlikovun sözlərinə görə, bankın əvvəlki sədri Baratəli Piriyev başqa bir bankın təklifi ilə bağlı vəzifəsindən imtina edib. İ.Məlikov hazırda B.Piriyevin hansı bankda işlədiyindən xəbərsiz olduğunu bildirib.

«RoyalBank»ın Müşahidə Şurasının üzvü Azər Şahmərdanovun «APA-Economics»ə verdiyi məlumata görə, B.Piriyev hazırda «Royal Bank»da İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Lakin hələlik B.Piriyev bu vəzifəyə tam təsdiqlənməyib.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 83,617 mln. manat, depozit portfeli 11,139 mln. manat, kredit portfeli 65,240 mln. manat, məcmu kapitalı 17,169 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,540 mln. manat təşkil edib. Bankın ölkə üzrə 14 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR