Bank Of Baku

Azərbaycanda həyat sığortası üzrə daha bir şirkət yaradılır

Azərbaycanda həyat sığortası üzrə daha bir şirkət yaradılır
# 01 aprel 2011 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda həyat sığortası üzrə yeni şirkət - «Standard Həyat Sığorta» şirkəti yaradılır. Bunu «APA-Economics»ə açıqlamasında «AB Standard» Şirkətlər Qrupunun Marketinq və reklam Departamentinin direktoru Gündüz Babayev bildirib.

G.Babayevin sözlərinə görə, yeni yaradılacaq şirkətin təsisçisi rolunda «AB Standard» və ya «Standard Insurance» sığorta şirkəti çıxış edə bilər: «Hazırda şirkətin yaradılması istiqamətində müvafiq işlər görülür, həmçinin təsisçinin hansı təşkilatın olması məsələsi də müzakirə edilir».

Yeni şirkətin yaradılmasına icazə verilməsinə dair «Standard Insurance» tərəfindən Maliyyə Nazirliyinə artıq rəsmi müraciət də olunub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev də faktı təsdiqləyib. Onun sözlərinə görə, «Standard Insurance» tərəfindən müvafiq sənədlər nazirliyə təqdim edilib və hazırda müvafiq şöbələr tərəfindən təqdim olunan sənədlər araşdırılır.

Qeyd edək ki, «Standard Həyat Sığorta» şirkətinin nizamnamə kapitalı 5 mln. manat təşkil edir.

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı bir törəmə müəssisəsi də fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR