Bank Of Baku

“Parabank” kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirib

“Parabank” kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirib
# 01 aprel 2011 14:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Parabank» ASC Heydər Əliyev sarayı ilə birgə Respublika Uşaq Sanatoriyası», Uşaq və yeniyetmələr üçün Sümük-Vərəm Xəstəlikləri Sanatoriyası və 39 saylı uşaq sanatoriyasından olan kimsəsiz uşaqların Novruz bayramı günlərini şən keçirmələri üçün Heydər Əliyev sarayında «Şən qoğalın Novruz səyahəti» adlı şənlik təşkil edib. Tamaşadan sonra uşaqlara hədiyyələr paylanılıb.

Qeyd edək ki, bank son dövrlərdə xeyriyyə məqsədilə xüsusən də kimsəsiz uşaqlara dəstək aksiyaları keçirir və ya bu cür tədbirlərə maddi və mənəvi dəstək olur.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,638 mln. manat, kredit portfeli 73,418 mln. manat, depozit portfeli 63,775 mln. manat, məcmu kapitalı 13,141 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 137 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR