Bank Of Baku

“Paşa Həyat” sığorta şirkəti daha bir sığorta növünün tətbiqinə başlayıb

“Paşa Həyat” sığorta şirkəti daha bir sığorta növünün tətbiqinə başlayıb
# 01 aprel 2011 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkəti «Vacib şəxslərin həyat sığortası» növünü tətbiq edib. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, bu sığorta növündə o şəxslər sığortalanır ki, həmin insanlar müəssisə və təşkilatların fəaliyyətində xüsusi rola malik olur: “Yəni bu şəxslər olmadığı halda müəssisə və təşkilat zərərlə işləməsi ehtimalı ola bilər. Bundan başqa, bu sığorta növü kredit götürən şəxslərə də şamil edilir. Belə ki, kredit götürən sığortalı şəxs müflis və ya həlak olduğu halda, sığorta şirkəti ödənilməmiş kredit məbləğinin tam ödənilməsini həyata keçirir”.

N.İsmayılov bildirib ki, yeni sığorta növünün tətbiqi ilə bağlı bütün bank təşkilatlarına təkliflər də göndərilib.

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə 5 illik lisenziya isə bu il fevralın 14-də verilib və həmin gündən şirkət rəsmən fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR