Bank Of Baku

“Bank of Azerbaijan”ın yeni səhm emissiyasının yerləşdirilməsinə gələn həftə başlanacaq

“Bank of Azerbaijan”ın yeni səhm emissiyasının yerləşdirilməsinə gələn həftə başlanacaq
# 01 aprel 2011 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprelin 4-dən etibarən Bakı Fond Birjasında (BFB) «Bank of Azerbaijan»» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 500 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

«Bank of Azerbaijan» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Respublika Invest» şirkəti çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 42,5% artaraq 33,5 mln. manata çatacaq.

Qeyd edək ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 146,861 mln. manat, depozit portfeli 66,795 mln. manat, kredit portfeli 133,916 mln. manat, məcmu kapitalı 11,854 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR