Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5,6%-ə çatıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5,6%-ə çatıb
# 04 aprel 2011 06:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin martın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9 152,8 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıqdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşlarının 509,4 mln. manatı və ya 5,6%-i vaxtı keçmiş kreditlərin payına düşüb.

Kreditlərin 30%-i və ya 2 748,3 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 144,2 mln. manat (23,4%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 448,5 mln. manatı (4,9%), sənaye və istehsalın payına isə 685,8 mln. manatı (7,5%) düşüb.

Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 979,7 mln. manatı və ya 10,7%-i, kənd təsərrüfatı və emalına 439,8 mln. manatı və ya 4,8%-i, inşaat və əmlak sahəsinə 647,6 mln. manat (7,1%), digər sahələrə isə 43,5 mln. manatı və ya 0,5%-i yönəldilib.

Martın 1-i vəziyyətinə kreditlərin 2 501,4 mln. manatı (27,3%) qısamüddətli, 6 651,5 mln. manatı (72,7%) isə uzunmüddətli kreditlər olub.

Dövlət bankı (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən iqtisadiyyata 3 941,3 mln. manat (43,1%), özəl banklar tərəfindən 5 002,7 mln. manat (54,7%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 208,9 mln. manat (2,3%) kredit qoyulub.

Kreditlərin 5 888,6 mln. manatı və ya 64,3%-i manatla, 3 264,2 mln. manatı və ya 35,7%-i xarici valyuta ilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR