Bank Of Baku

Azərbaycanda bank aktivləri son bir ildə 14% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 14% artıb
# 04 aprel 2011 08:15 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə bank aktivlərinin həcmi 1 589,66 mln. manat və ya 13,7% artıb, 2011-ci ilin əvvəlinə nisbətən isə bu göstərici 133,10 mln. manat və ya 1% azalıb. Eyni zamanda, fevral ayında aktivlərin həcmi 0,2% artıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi martın 1-nə 8 548,53 mln. manat (xüsusi çəkisi 65,25%), müxbir hesablar 1 167,40 mln. manat (9,34%), investisiyaların həcmi 1 153,30 mln. manat (8,34%), nağd vəsaitlər 519,44 mln. manat (4,07%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 546,64 mln. manat (3,85%), digər aktivlər isə 1 222,41 mln. manat (9,17%) təşkil edib. Aktivlərin artması əsasən investisiyaların və maliyyə sektoruna verilmiş kredit və depozitlərin hesabına baş verib.

Kommersiya banklarının passivlərinin 83,35%-i bank öhdəliklərinin payına düşüb. Belə ki, bankların öhdəliklərin həcmi 10 967,40 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində depozitlər 5 079,44 mln. manat, maliyyə sektorundan alınmış kredit və depozitlər 5 143,479 mln. manat, digər öhdəliklər 744,47 mln. manat təşkil edib. Bankların məcmu kapitalı 2011-ci ilin martın 1-nə 2 190,31 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR