Bank Of Baku

Bakıda Koreya ekspertlərinin Azərbaycanda apardıqları tədqiqatlarla bağlı seminar keçirilib

Bakıda Koreya ekspertlərinin Azərbaycanda apardıqları tədqiqatlarla bağlı seminar keçirilib
# 04 aprel 2011 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və «Korea Expert Consulting Group» şirkətinin (KECG) təşkilatçılığı, Koreya Strategiya və Maliyyə Nazirliyi, Koreya İnkişaf İnstitutunun dəstəyi ilə «Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması» və «Sahibkarlığın təkmilləşdirilməsi» üzrə tədqiqatlarla bağlı seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən KECG-nın direktoru Kyung Sun Sonq «Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması» və «Sahibkarlığın təkmilləşdirilməsi» ilə bağlı tədqiqatların aparılması sahəsində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. Qonaq qeyd edib ki, tədqiqatlar Koreyanın Bilik Mübadiləsi Proqramı çərçivəsində aparılıb: «Bu proqramın məqsədi müxtəlif sahələrdə Koreya təcrübəsinin mübadiləsi vasitəsilə digər tərəfdaş ölkələrdə sosial-iqtisadi inkişafa dəstək verməkdir. Bu tədqiqatlar qrant və texniki yardım layihələrinin icrasında və sahibkarlığın inkişafında əhəmiyyətli rola malikdir».

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov beynəlxalq iqtisadi təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlığın Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, tədqiqatlar barədə məlumat verib. Nazir müavini həmçinin qeyd edib ki, İqtisadi İnkişaf Nazirliyinin müraciətinə əsasən, Koreya Strategiya və Maliyyə Nazirliyi və Koreya İnkişaf İnstitutunun dəstəyi ilə KECG təşkilatı tərəfindən «Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması» və «Sahibkarlığın təkmilləşdirilməsi» ilə bağlı 2010-cu ilin sentyabr ayında tədqiqatlara başlanılıb. Tədqiqatların əsas məqsədi Azərbaycanda həyata keçirilən qrant və texniki yardım layihələri ilə bağlı idarə olunan elektron məlumat bazasının yaradılması və distant öyrənmə vasitəsilə sənayenin diversifikasiyası məqsədilə sahibkarlığın inkişafına dəstək verməkdir.

Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı səfiri Ji Ha Li bildirib ki, səfirliyinin Bakıda fəaliyyətə başlanmasından indiyədək Koreya Azərbaycana 8,25 mln. ABŞ dolları məbləğində yardım ayırıb. Eyni zamanda, ötən ilin oktyabrında Koreya Azərbaycanı özünün 26 mühüm tərəfdaşları siyahısına daxil edib: «Bu il ərzində Koreya Azərbaycana 6 layihə çərçivəsində texniki iqtisadi əsəaslandırmanın hazırlanması və treninqlərin keçirilməsi üçün 10,9 mln. dollar ayırıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR