Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzi və Koreya Qiymətli Kağızlar Depozitarisi arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Milli Depozit Mərkəzi və Koreya Qiymətli Kağızlar Depozitarisi arasında anlaşma memorandumu imzalanıb
# 04 aprel 2011 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycan ilə Koreya arasında qiymətli kağızlar bazarı sahəsində strateji əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Seula səfər edib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan MDM ilə Koreya Qiymətli Kağızlar Depozitarisi arasında anlaşma memorandumu imzalanıb. Sənəd iki təşkilat arasında faydalı əməkdaşlığa mühüm töhfə olaraq, Azərbaycan və Koreyanın maliyyə xidmətləri bazarları, o cümlədən, depozitar və hesablaşma sistemlərinin səmərəliliyinin artırılması istiqamətində yeni xidmətlərin inkişaf etdirilməsinə və əməliyyatlar üzrə iş birliyinin yaradılması üçün məlumat mübadiləsinin gücləndirilməsinə imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR