Bank Of Baku

Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin modernləşməsi layihəsi üçün əlavə vəsait ayıracaq

Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin modernləşməsi layihəsi üçün əlavə vəsait ayıracaq
# 04 aprel 2011 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayında Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda məhkəmə sisteminin modernləşməsi layihəsinin icrası üçün əlavə vəsaitin ayrılması məsələsinə baxacaq. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.

Onun sözlərinə görə, DB layihənin qiymətləndirilməsini artıq başa çatdırıb və hazırda Azərbaycan hökuməti ilə danışıqlar aparılar, prosesin aprelin sonunadək davam edəcəyi gözlənilir. «İyun ayının ilk həftəsində Bankın Direktorlar Şurası sözügedən layihənin icrası üçün əlavə vəsaitin ayırlması məsələsinə baxacaq ki, kreditin həcmi 25 mln. ABŞ dolları təşkil edəcək», - deyə C.Ouen qeyd edib.

C.Ouen onu da bildirib ki, hazırda icra olunan layihə 2011-ci ilin sonunda bitir, əlavə vəsaitin ayrılması isə layihəni daha 2,5 il müddətə artırmağa imkan verəcək.

Qeyd edək ki, Azərbaycanda məhkəmə sisteminin modernləşməsi layihəsinə hakimlərin yenidən hazırlanması, məhkəmə işinin idarə edilməsi sahəsində metodların təkmilləşdirilməsi kimi işlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR