Bank Of Baku

Dünya Bankı Azərbaycanda iqtisadi forum keçirəcək

Dünya Bankı Azərbaycanda iqtisadi forum keçirəcək
# 04 aprel 2011 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycanda növbəti İqtisadi Siyasət Forumu keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.

Onun sözlərinə görə, hazırda Forumun keçiriləcəyi tarix məlum deyil: «Forumun iştirakçıları və konkret tarixlə bağlı hələ müəyyənləşməmişik. Sözügedən tədbir təxminən sentyabr ayında Bakıda keçiriləcək».

C.Ouen onu da bildirib ki, forumun əsas mövzuları iqtisadiyyatın inkişafı, onun diversifikasiyası, əmək bazarı, ali təhsil və s. məsələlərlə bağlı olacaq.

Qeyd edək ki, DB Azərbaycanda ilk İqtisadi Siyasət Forumunu 2009-cu ilin oktyabrın 21-də keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR