Bank Of Baku

Azərbaycanda bank depozitləri son bir ildə 18% artıb

Azərbaycanda bank depozitləri son bir ildə 18% artıb
# 04 aprel 2011 12:15 (UTC +04:00)
Lakin eyni zamanda yanvar-fevral aylarında məcmu depozitlərdə 239 mln. manat və ya 4,4% səviyyəsində azalma baş verib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, depozitlərin strukturunda ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 3 142,9 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 2 066,9 mln. manata bərabər olub. Beləliklə, fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 60,3% təşkil edib ki, bu da əmanətlərin payının tədricən artmasından xəbər verir. Belə ki, ötən ilin martın 1-nə bu göstərici 54,7%, cari ilin əvvəlində isə 55,6% olub.

Bu, əmanətlərin və hüquqi şəxslərin tam fərqli artım templərinin olması səbəbindən baş verib. Belə ki, əmanətlərin həcmi son bir ildə 29,7% artdığı halda, hüquqi şəxslərin depozitləri cəmi 3% artıb. Ümumiyyətlə, əgər əmanətlər üzrə dinamika daim artım nümayiş etdirirsə, hüquqi şəxslərin depozitləri üzrə dinamika qeyri-sabitdir. Məsələn, hüquqi şəxslərin depozitlərinin həcmi 2010-cu ilin dekabrında aylıq müqayisədə kəskin (536,4 mln. manat və ya 28,5%) artımdan sonra, bu ilin yanvar-fevral aylarında yenidən azalma baş verir. Azalmanın miqdarı 352,1 mln. manat və ya 14,6% təşkil edib.

Bunun əsas səbəbi bank kreditləşməsində problemlərin davam etməsi ilə bağlıdır. Belə ki, son iki ildə Azərbaycanda bank kreditləşməsində ciddi çətinliklər yaranıb - banklar kreditlər üzrə tələbləri kəskin sərtləşdirib. Həmin proses əvvəllər istehlak kreditləşməsində müşahidə olunsa da, sonradan biznes kreditlərini əhatə edib. Nəticədə, sahibkarlar öz depozitlərindən istifadə etmək məcburiyyətində qalıblar ki, bu da depozitlərin azalmasına səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR