Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici yanvar-fevral aylarında 16,6 mln. manat və ya 0,7% artıb:
Bununla yanaşı, bankların məcmu xarici aktivlərinin həcmi 2011-ci ilin martın 1-nə 1 793,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 455,3 mln. manat və ya 34% çoxdur.
Beləliklə, bankların xarici aktivlər üzrə artım tempi xarici öhdəliklər üzrə eyni göstəricini 1,6 dəfə üstələyir. Nəticədə, Azərbaycan banklarının xarici maliyyə əməliyyatlarında tədricən tarazlaşma yaranır və bu əməliyyatlar üzrə mənfi saldo azalmaqdadır. Belə ki, ötən ilin martın 1-də xarici öhdəliklər xarici aktivləri 1,5 dəfə üstələyib, hazırda isə bu göstərici 1,4 dəfəyə qədər enib. Mənfi saldo isə öz növbəsində il ərzində 5,4% azalıb.
Göründüyü kimi, xarici əməliyyatlarda cəlbetmənin (öhdəliklər) yerləşdirmədən (aktivlər) yüksək olması Azərbaycan kommersiya banklarının hələ də kapital idxalçısı mövqeyindən çıxış etdiyini göstərir. Statistik göstəricilərin müsbət dinamika nümayiş etdirməsinə baxmayaraq, tarazlaşmanın ləng getməsi və xaricdən maliyyə vəsaitlərinin cəlb olunmasının azalmadığını nəzərə alsaq görərik ki, Azərbaycan banklarının kapital idxalı sahəsində mövqeləri yaxın zamanlarda dəyişməyəcək.