Bank Of Baku

Azərbaycanda yeni həyat sığortası şirkəti yaradılır

Azərbaycanda yeni həyat sığortası şirkəti yaradılır
# 04 aprel 2011 14:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda yaxın vaxtlarda «Alfa Həyat» adlı yeni sığorta şirkəti yaradılacaq. Bunu «APA-Economics»ə açıqlamasında «Alfa Sığorta» şirkəti Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, yeni şirkətin yaradılmasına dair lisenziyanın alınması məqsədilə müvafiq artıq sənədlər hazırlanaraq Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim edilib.

X.Məmmədxanlı bildirib ki, həyat sığortası üzrə yeni şirkətin bu il ərzində fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanda həyat sığortası üzrə «Atəşgah Həyat», «Qala Həyat» və «Paşa Həyat» şirkətləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR