Bank Of Baku

Azərbaycan bankları fevralda mənfəətlə işləyib

Azərbaycan bankları fevralda mənfəətlə işləyib
# 05 aprel 2011 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2011-ci il yanvar-fevral ayları ərzində fəaliyyəti nəticəsində bank sistemi üzrə 18,13 mln. manat həcmində mənfəət yaranıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 40,5% azdır.

Qeyd edək bu ilin yanvar ayının yekununda bank sistemində 1,64 mln. manat həcmində zərər yaranıb.

Yanvar-fevral aylarında aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (24,46 mln. manat) nəzərə alınmaqla cəmi bank mənfəəti 42,59 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 28,8% azdır.

Hesabat dövründə bankların faiz gəlirləri 178,29 mln. manat, faiz xərcləri 96,51 mln. manat təşkil edib və nəticədə xalis faiz mənfəəti 81,78 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 36,58 mln. manat, qeyri-faiz xərcləri isə 75,66 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 39,08 mln. manatlıq zərər yaranıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-fevral ayları ilə müqayisədə faiz mənfəəti 9,4% azalıb, qeyri-faiz zərəri isə 29,2% artıb. O cümlədən, faiz gəlirlərinin cəmi 1,2% artdığı halda, faiz xərcləri 12,4% artıb. Qeyri-faiz əməliyyatlarında isə gəlirlər 14,2%, xərclər 21,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR