Bank Of Baku

«AGBank» yeni proqram təminatını tətbiq edib

«AGBank» yeni proqram təminatını tətbiq edib
# 05 aprel 2011 07:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC İsveçin «Temenos» şirkətinin «T24» adlı yeni proqram təminatını tətbiq edib. Bunu «APA-Economics»ə açıqlamasında bankın marketinq şöbəsinin müdiri Cahangir Fərəcullayev bildirib.

C.Fərəcullayevin sözlərinə görə, proqram təminatının tətbiqi prosesi tam olaraq yekunlaşıb. Hazırda baş ofislə yanaşı bankın bütün filialları bank əməliyyatlarını yeni proqram təminatı vasitəsi ilə həyata keçirir.

Qeyd edək ki, bank əvvəllər «Esen Bank» adlı proqram təminatından istifadə edib.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 249,209 mln. manat, depozit portfeli 127,667 mln. manat, kredit portfeli 192,391 mln. manat, məcmu kapitalı 35,544 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,557 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 371 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR