Bank Of Baku

Rusiya yaxın altı ayda Ümumdünya Ticarət Təşkilatına üzv ola bilər

Rusiya yaxın altı ayda Ümumdünya Ticarət Təşkilatına üzv ola bilər
# 05 aprel 2011 08:09 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya baş nazirinin müavini Sergey İvanov yaxın altı ay ərzində ölkəsinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ola bildirib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla o, Nyu-Yorka səfəri zamanı çıxış edib.

“Ötən il Rusiyanın ÜTT-yə üzvlüyü ilə bağlı əsl irəliləyiş əldə olundu. Vəziyyət dəyişməsə, bu ilin yay və ya payızında ölkəmizin bu təşkilata qəbul olunacağını gözləmək olar” - deyə S.İvanov qeyd edib.

Qeyd edək ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən Gürcüstanın vetosu Rusiyanın ÜTT-yə üzvlüyünü əngəlləyir. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın tanınmamış Cənubi Osetiya və Abxaziya respublikalarında gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarətdir. Moskva bu şərtə razılıq verməyəcəyi müddətdə Gürcüstan da Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə maneələr yaradacaq.

Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR