Bank Of Baku

Azərbaycanda bankların likvid vəsaitləri 33% artıb

Azərbaycanda bankların likvid vəsaitləri 33% artıb
# 05 aprel 2011 11:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nağd vəsaitləri və müxbir hesablarında olan vəsaitlərin ümumi həcmi 2011-ci ilin martın 1-nə 1 686,84 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 32,9% artıb.

Qeyd edək ki, aktivlərin tərkib hissələri olan nağd vəsaitlər və müxbir hesablardakı vəsaitlər banklarda ən likvid vəsaitlər hesab edilir. Onların əsas vəzifəsi bankların maliyyə dayanıqlığını təmin etməkdir, onların həcmi isə likvidliyin idarə edilməsinin təhlili nəticəsində və bankların cari öhdəlikləri və təxirəsalınmaz ödəmələrin həcmini nəzərə alaraq müəyyən edilir.

Bank sisteminin tarazlaşmış inkişafı bankların likvid vəsaitlərinin artması, onların kredit portfelinin müvafiq səviyyədə artması ilə müşayiət olunmalıdır. Lakin hazırda Azərbaycan bank sistemində ifrat likvidlik müşahidə olunur və bunu rəqəmlər də təsdiqlənir. Belə ki, sistem üzrə müştərilərə verilən kreditlərin həcmi son bir ildə cəmi 8,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR