Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 35,6% artdığı halda, yanvar-fevral aylarında 4,7% azalıb və 2011-ci ilin martın 1-nə 7 907,7 mln. manat təşkil edib:
(mln. AZN)
| 01.03.2010 | 01.01.2011 | 01.03.2011 |
M0 (nağd pullar) | 4 083,9 | 5 455,8 | 5 363,1 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 4 982,5 | 6 718,9 | 6 555,5 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 5 853,1 | 8 297,5 | 7 907,7 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 8 132,6 | 10 527,5 | 10 272,6 |
Cari ilin martın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 67,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1 faiz bəndi azdır. Nağd pulların pul kütləsində xüsusi çəkisinin azalması pul kütləsinin ilk növbədə nağdsız pullar hesabına artıdığını göstərir ki, bu da makroiqtisadi baxımdan və iqtisadiyyatda ödəniş sisteminin təkmilləşdirilməsinin inkişafı baxımından müsbət amildir.