Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditlərin həcmi son bir ildə 40% artıb

Azərbaycanda mərkəzləşdirilmiş kreditlərin həcmi son bir ildə 40% artıb
# 05 aprel 2011 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə əməliyyatları üzrə portfeli 2011-ci ilin martın 1-nə 1 879 mln. manat təşkil edib. Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, son bir ildə kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin həcmi 534,2 mln. manat və ya 39,7% artıb. Bu ilin yanvar-fevral aylarında artım 17,2 mln. manata və ya 0,9%-ə bərabər olub.

Beləliklə, Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmənin və AMB-nin bu mexanizmlə bank sistemini dəstəkləməsinin artım tempi kəskin azalıb. Bu fakt bankların həmin dəstəklənməyə ehtiyacının kəskin azalmasından xəbər verir.

Xatırladaq ki, 2010-cu il ərzində mərkəzləşdirilmiş kreditlər portfelinin orta aylıq artımı 45,5 mln. manata bərabər olub. Böhranın kəskinləşməsi ilində - 2009-cu ildə isə bu göstərici 90,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR