Bank Of Baku

«Nikoil Leasing» şirkəti son bir ildə lizinq müqavilələrinin sayını 7% artırıb

«Nikoil Leasing» şirkəti son bir ildə lizinq müqavilələrinin sayını 7% artırıb
# 05 aprel 2011 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2011-ci ilin aprelin 1-nə 4,942 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin lizinq müqavilələrinin sayı 45,5% artaraq 16-ya, lizinqə verilən avadanlıqların dəyəri isə 8,396 mln. manata çatıb.

M.Turabovun sözlərinə görə, lizinq portfelində istehsalat avadanlıqları, tikinti texnikası və nəqliyyat sektoru üstünlük təşkil edib.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 100 min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR