Bank Of Baku

Azərbaycandakı kredit ittifaqları son bir ildə kredit qoyuluşlarını 8% artırıb

Azərbaycandakı kredit ittifaqları son bir ildə kredit qoyuluşlarını 8% artırıb
# 05 aprel 2011 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) üzv olan kredit ittifaqlarının məcmu kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 27,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, hesabat dövründə quruma üzv olan ittifaqların məcmu aktivlərinin həcmi 6,9% artaraq 30,6 mln. manata, nizamnamə kapitalı isə 6,5% artaraq 8,2 mln. manata çatıb. Həmçinin, hesabat dövründə kredit ittifaqlarının sayı 14% artaraq 75-ə, üzvlərin sayı isə 3,9% artaraq 19 min nəfər təşkil edib.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Assosiasiyaya üzv olan kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR