Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən yaxşı bankı seçilib

Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən yaxşı bankı seçilib
# 05 aprel 2011 14:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Katibliyində “GUAM-ın ən yaxşı bankları - 2010” müsabiqəsinə yekun vurulub və mükafatlar təqdim olunub.

Azərbaycan Beynəlxalq Bankından (ABB) “APA-Economics”ə verilən məlumata görə, müsabiqə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, “KBS-İzdat” beynəlxalq nəşriyyatı, “Credit Rating” və “Bankir” jurnalı ilə birlikdə təşkil olunub.

Müsabiqə əhaliyə xidmət üzrə ən yaxşı bank, korporativ biznes üçün ən yaxşı bank, yeni bank xidmətlərin inkişafı üzrə ən yaxşı bank, yeni texnologiyaların tətbiqi üzrə ən yaxşı bank, ən yaxşı müxbir bank və s. nominasiyalar üzrə keçirilib.

Nəticədə ABB “MDB, Baltikyanı, Gürcüstan bankları - 2010” I beynəlxalq müsabiqənin “Ən yaxşı texnoloji bank” nominasiyasında qalib olub. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev isə “GUAM-ın ən yaxşı bankları - 2010” müsabiqəsində “İlin bankiri” mükafatına layiq görülüb. Bu, 2002-ci ildən beynəlxalq təşkilatları tərəfindən ABB-yə təqdim olunan 44-cü mükafatdır.

Qeyd edək ki, eyni zamanda GUAM-ın Katibliyində qurumun üzvlərinin Milli Bankların və Bank Assosiasiyalarının Koordinasiya Şurasının və GUAM-ın İşgüzar Şurasının iclasına hazırlığı üzrə Məsləhət Şurasının iclasları keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR