Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi azalıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi azalıb
# 06 aprel 2011 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 34 ticarət sessiyasında 39 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 14 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 90,808 mln. manat və ya dollar ekvivalentində 114,581 mln. təşkil edib. Bu isə fevral ayı ilə müqayisədə 17,5% az, ötən ilin mart ayı ilə müqayisədə isə 2,8 dəfə çoxdur.

Mart ayında EUR/AZN aləti üzrə dövriyyə 331 800 manat təşkil edib və bu alət üzrə avronun manata orta ölçülmüş məzənnəsi 1,1060 manat olub.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 6,740 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,938 mln. dollar təşkil edib.

Eyni zamanda, mart ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (31,07%), «Azərbaycan Sənaye Bankı» (22,47%), «AFB Bank» (4,36%), «YapıKredi Bank Azərbaycan» (3,05%) və «AGBank» (2,93%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR