Bank Of Baku

Sabah «Royal Bank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq

Sabah «Royal Bank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq
# 06 aprel 2011 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 7-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Royal Bank» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 10 mln. ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

«Royal Bank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 9% artaraq 24,139 mln. manata çatacaq.

Qeyd edək ki, «Royal Bank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 173,734 mln. manat, depozit portfeli 109,765 mln. manat, kredit portfeli 125,063 mln. manat, məcmu kapitalı 22,865 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,139 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR