Bank Of Baku

«EraTrans» sığorta şirkəti nizamnamə kapitalını artırır

«EraTrans» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 06 aprel 2011 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «EraTrans» sığorta şirkəti yaxın vaxtlarda nizamnamə kapitalını 15% artıraraq 4,5 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Elşən Babayev bildirib.

E.Babayev qeyd edib ki, nizamnamə kapitalı şirkətin 2010-cu ildə 0,5 mln. manat məbləğində əldə etdiyi mənfəət hesabına artırılacaq: «Artıq hazırlıq işlərinə başlanılıb və prosesin nə vaxt başa çatması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən asılı olacaq».

Xatırladaq ki, «EraTrans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manatdan artıq olub. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur. Hazırda şirkət müştərilərə 20 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR