Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi martda 0,2% düşüb

Azərbaycanda dolların birja məzənnəsi martda 0,2% düşüb
# 06 aprel 2011 11:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,2% artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7927 AZN-dən 0,7913 AZN-ə düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi mart ayında 0,7925 AZN-ə bərabər olub. Halbuki, fevral ayında bu göstərici 0,7941 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin mart ayında BBVB-nin valyuta bölməsində keçirilən 34 ticarət sessiyasında 14 bankın iştirakı ilə 90,808 mln. manat və ya 114,581 mln. dollar həcmində 39 alqı-satqı əqdi qeydə alınıb. Bu isə fevral ayı ilə müqayisədə 17,5% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR