Bank Of Baku

«Çartis Azərbaycan» sığorta şirkətinin ödənişləri kəskin azalıb

«Çartis Azərbaycan» sığorta şirkətinin ödənişləri kəskin azalıb
# 06 aprel 2011 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Çartis Azərbaycan» (əvvəlki «AIG Caspian») sığorta şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 451,275 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 40% azdır.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 49 dəfə azalaraq 749 manata çatıb.

E.İslamın sözlərinə görə, bu müddət ərzində ən çox sığorta haqqı «Ümumi mülki məsuliyyətin sığortası» (282,704 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (152,207 min manat) və «Yüklərin sığortası» (5,147 min manat) növləri üzrə toplanıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 63%, 34% və 1,1% təşkil edib.

Ödənişlərə gəldikdə isə, burada bütün vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə ödənilib.

Xatırladaq ki, «Çartis Azərbaycan» ASC 1999-cu ildən «AIG Caspian» sığorta şirkəti adı ilə fəaliyyət göstərib. Ötən ilin noyabr ayında şirkətin brendi dəyişdirilib. Əvvəllər şirkətin təsisçiləri «Caravan Investment» şirkəti (51%) və «AIG Inc.» şirkəti (49%) olub. Səhmdarların tərkibində edilən dəyişikliyə əsasən, «Caravan Investment» şirkəti (51%) öz payını ABŞ-ın «AIG Inc.» şirkətinə satıb və bununla da xarici şirkət «Çartis Azərbaycan»ın səhmlərinin 100%-nə sahib olub.

Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR