Bank Of Baku

«Dəmirbank» ASC «BillPay» on-line ödəniş xidmətini tətbiq edib

«Dəmirbank» ASC «BillPay» on-line ödəniş xidmətini tətbiq edib
# 06 aprel 2011 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC kommunal, rabitə, internet, kabel TV və digər xidmətlərin ödənilməsi üçün rəsmi veb-saytında yeni «BillPay» on-line ödəniş xidmətini tətbiq edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistemin əvvəlkidən fərqi ondadır ki, burada bankın kart sahibləri https://billpay.demirbank.az/ on-line ödəmə səhifəsində qeydiyyatdan keçərək özünə şəxsi kabinet yarada bilərlər. Sonra isə ödəmələrini həyata keçirə bilərlər. Qeydiyyatdan keçmədən əvvəlki qaydada ödəmə etmək istəyənlər isə «Qeydiyyatsız ödəmə» linkinə daxil ola bilər, lakin bu halda yeni üstünlüklər və bonuslar təqdim edilmir.

Hazırda «Dəmirbank»ın internet ödəmə səhifəsində kommunal (Bakıelektrikşəbəkə), mobil rabitə («Azerfon-Vodafone», «Bakcell», «Nar Mobile», «Fonex»), stasionar telefon («Aztelekom», BTRİB, «Catel»), internet provayderlər («Adanet», «Alfanet», «Avirtel», «Azeronline», «Azdatacom», «Azstarnet», «Bakinternet», «Connect», «Hotnet», «Provayder.az»), kabel televiziyası («B&B TV», «Connect TV») ödəmələrini etmək mümkündür.

Qeyd edək ki, bu xidmətlərin bəziləri yaxın günlərdə «BillPay» sistemində tam tətbiq ediləcək. Yaxın gələcəkdə siyahıya «Azəriqaz», «Azərsu», «KaTV» və digər şirkətlərin xidmətlərinin də əlavə edilməsi gözlənilir.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 340,381 mln. manat, depozit portfeli 145,828 mln. manat, kredit portfeli 246,172 mln. manat, məcmu kapitalı 48,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR