Bank Of Baku

Azərbaycanda məcmu bank kapitalı fevralda 8% artıb

Azərbaycanda məcmu bank kapitalı fevralda 8% artıb
# 06 aprel 2011 13:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2011-ci ilin martın 1-nə 1 897,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 138,9 mln. manat və ya 7,9% artıb.

Eyni zamanda, cari ilin əvvəlinə nisbətən bankların məcmu kapitalının həcmi 0,2 mln. və ya 0,01% artıb, o cümlədən fevralda bu göstərici 3,1 mln. manat və ya 0,2% artıb.

Qeyd edək ki, məcmu kapitalın strukturuna nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR