Bank Of Baku

Azərbaycanda ötən il həyat sığortası üzrə 335,6 min manat sığorta ödənişi həyata keçirilib

Azərbaycanda ötən il həyat sığortası üzrə 335,6 min manat sığorta ödənişi həyata keçirilib
# 06 aprel 2011 13:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Ötən il ərzində Azərbaycanda həyat sığortası müqavilələri üzrə 1 403 sığorta hadisəsi qeydə alınıb, bu hadisələr nəticəsində dəyən zərərə görə ümumilikdə 335,605 min manat sığorta ödənişi həyata keçirilib. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qeyri-həyat sığortası sahəsi üzrə isə baş vermiş hadisələrin sayı 99 389, həyata keçirilən sığorta ödənişləri isə 55,053 mln. manat təşkil edib.

Ümumilikdə, 2010-cu il ərzində Azərbaycanın sığorta sektorunda 1 051 816 sığorta müqaviləsi bağlanılıb. Ötən il həyat sığortası üzrə 10 703 sığorta müqaviləsi bağlanılıb və qeyd olunan müqavilələrlə 16 189 şəxsin həyat və sağlamlığına dəyən zərərə görə onun özünə və (və ya) ailəsinə sığorta təminatının verilməsi nəzərdə tutulub.

Bu sırada həyatın ölüm halından sığortası və həyatın yaşam sığortası üzrə bağlanan müqavilələr əsas yer tutur. Belə ki, həyatın ölüm halından sığortası üzrə bağlanmış 9 386 sığorta müqaviləsi ilə 12 535, həyatın yaşam sığortası üzrə bağlanmış 1 236 müqavilə ilə 1 236 şəxsin həyatı sığortalanıb.

Qeyri-həyat sığortası sahəsində bağlanmış müqavilələrin sayı isə 1 041 113 olub. Bu müqavilələrdən 657 888-i könüllü, 383 225-i isə icbari sığorta sinifləri üzrə bağlanıb. Könüllü qeyri-həyat sığortasında «Fərdi qəza və xəstəlik sığortası», «Tibbi sığorta», «Əmlakın yanğından və digər risklərdən sığortası», «Avtonəqliyyat vasitələrinin sığortası» növləri üzrə bağlanan müqavilələr mühüm yer tutub.

Belə ki, 2010-cu ildə «Əmlakın yanğından və digər risklərdən sığortası» üzrə bağlanmış 102 307 sığorta müqaviləsi ilə 103 868 daşınmaz əmlak obyektinə, 44 585 «Avtonəqliyyat vasitələrinin sığortası» müqaviləsi üzrə 48 937 ədəd avtonəqliyyat vasitəsinə, 59 056 «Yüklərin (nəqliyyat) sığortası» müqaviləsi üzrə isə 59 094 nəql edilmə prosesində olan yükə münasibətdə sığorta təminatı verilib.

Eyni zamanda, 371 970 «Fərdi qəza və xəstəlik sığortası» müqaviləsi üzrə 410 438 nəfərə, 34 740 «Tibbi sığorta» müqaviləsi üzrə 63 122 nəfərə, 59 767 «Xaricə səfər edən vətəndaşların sığortası» müqaviləsi üzrə isə 64 939 nəfərə münasibətdə sığorta təminatı verilib.

Hesabat ilində bağlanmış 383 225 icbari sığorta müqaviləsinin sırasında 348 854 icbari sığorta müqaviləsi «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına», 15 909 müqavilə isə «Yanğından icbari sığorta» növünə aiddir. Bu sığorta müqavilələri üzrə müvafiq olaraq 391 989 nəqliyyat vasitəsinə və 15 985 daşınmaz əmlak obyektinə münasibətdə sığorta təminatı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR