Bank Of Baku

Azərbaycanda plastik kartların sayı artır

Azərbaycanda plastik kartların sayı artır
# 06 aprel 2011 13:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının sayı 2011-ci ilin martın 1-nə 4 284 min ədəd təşkil edib ki, bu da 2010-cu ilin martın 1-nə nisbətən 235 min ədəd və ya 5,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-fevral ayları ərzində debet kartları ilə 7 040 min əməliyyat aparılıb, əməliyyatların həcmi 879 mln. manata bərabər olub.

Beləliklə, ötən ilin yanvar-fevral aylarına nisbətən əməliyyatların sayı 18,4%, həcmi isə 25% artıb. Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 124,9 manat olub.

Həmin müddət ərzində kredit kartları ilə 427 min əməliyyat aparılıb, əməliyyatların həcmi 112 mln. manat təşkil edib. Bu göstəricilər əvvəlki ilə nisbətən müvafiq olaraq 29,4% və 33,3% artıb. Kredit kartları üzrə bir əməliyyatın ortalama həcmi 262,3 manat olub.

«Ekonomist» jurnalının ekspertləri hesab edirlər ki, plastik kartlar sahəsində artım dinamikası müşahidə olunur, bu tendensiya bütün komponentlərdə baş verir və artıq daimi xarakter alıb. Həmin amil həm makroiqtisadi baxımdan, həm də ödəniş sisteminin təkmilləşdirilməsi baxımından çox müsbətdir və bu sahənin inkişafından xəbər verir. Eyni zamanda etiraf etmək lazımdır ki, pərakəndə ticarət və xidmətlər sahəsindəki real dövriyyə və ödənişlərin fonunda plastik kartların sayı və onlarla aparılan əməliyyatların həcminin artım templəri hələ də zəifdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR