Bank Of Baku

«AGLeasing» şirkətinin portfelinin həcmi 3,3 mln. manata çatıb

«AGLeasing» şirkətinin portfelinin həcmi 3,3 mln. manata çatıb
# 06 aprel 2011 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 3,296 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 34% azalaraq 5,636 mln. manata, lizinq müqavilələrinin sayı isə 29% azalaraq 62-yə çatıb. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində (1 mln. manat) artım olmayıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital Investments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR