Bank Of Baku

Azərbaycan fond bazarında ilk konvertasiya olunan korporativ istiqrazlar yerləşdirilib

Azərbaycan fond bazarında ilk konvertasiya olunan korporativ istiqrazlar yerləşdirilib
# 06 aprel 2011 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) «Unibank» ASC-nin 25 mln. ABŞ dolları məbləğində təmin edilməmiş faizli adlı sənədsiz geriyə çağrıla bilən konvertasiya borc istiqrazları yerləşdirilb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, nominal dəyəri 10 min dollar olan bir istiqraz «Unibank» ASC-nin 4 053 ədəd adi adlı sənədsiz səhminə konvertasiya oluna bilər. Bu, Azərbaycan fond bazarı tarixində ilk konvertasiya oluna bilən korporativ istiqraz buraxılışıdır.

Yerləşdirmənin keçirildiyi hərrac zamanı investorlar tərəfindən 2 sifariş təqdim olunub və sifarişlərin ümumi həcmi nominal üzrə 25 mln. dollar təşkil edib. Sifarişlər 100,00% qiymətində təqdim edilib və istiqrazlar tam məbləğdə yerləşdirilib.

İstiqrazlar üzrə illik gəlirlik 8%-dir və cari tarixə banklararası faiz dərəcəsindən asılıdır. Tədavül müddəti 5 il olan istiqrazlar üzrə faiz ödənişləri ildə iki dəfə olmaqla istənilən ilin aprelin və oktyabr aylarının 15-də həyata keçiriləcək.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 354,937 mln. manat, kredit portfeli 237,250 mln. manat, depozit portfeli 167,951 mln. manat, məcmu kapitalı 56,285 mln. manat, o cümlədən nizamnamə kapitalı 42,027 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR