Bank Of Baku

Azərbaycan əhalisinin nağd avroya marağı kəskin azalıb

Azərbaycan əhalisinin nağd avroya marağı kəskin azalıb
# 06 aprel 2011 14:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2011-ci il yanvar-fevral ayları ərzində banklar vasitəsi ilə satılmış nağd avro kütləsinin həcmi 14,951 mln. avro, alış həcmi isə 138,703 mln. avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-fevral ayları ilə müqayisədə satışın həcmi 3,4 dəfə artıb, alış isə 17,8% azalıb.

Əhali tərəfindən avronu bu dərəcədə fəal satması yanvardan müşahidə olunur ki, həmin ay satılmış nağd avronun həcmi illik müqayisədə 3,8 dəfə artıb. Eyni zamanda, göründüyü kimi, əhali avronun alışını da azaldıb, halbuki ötən il ərzində fərqli tendensiya müşahidə olunub. Belə ki, 2010-cu ildə əhali avronun satışını 65%, alışını isə 38% artırıb.

«Ekonomist» jurnalının ekspertləri hesab edirlər ki, 2011-ci ilin ilk iki ayında müşahidə olunan prosesləri subyektiv səbəblər və psixoloji amillərlə bağlıdır. Belə ki, Avrozonaya daxil olan ölkələrin iqtisadi böhrandan eyni sürətlə deyil, fərqli templərlə və qeyri-sabit şəkildə çıxması, Şimali Afrika və Yaxın Şərqdə siyasi gərginlik və daxili iqtisadi problemlər fonunda avroya son zamanlar təzyiq artıb və onun məzənnəsində qeyri-müəyyənlik yaranıb. Həmin xəbərlərin təsiri altında əhali nağd avronun satışını kəskin artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR