Bank Of Baku

«Qafqaz Leasing» şirkəti I rübdə mənfəətini kəskin artırıb

«Qafqaz Leasing» şirkəti I rübdə mənfəətini kəskin artırıb
# 06 aprel 2011 14:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz Leasing» şirkətinin lizinq portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 10,398 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 69% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin ümumi lizinq müqavilələrinin sayı 2,1 dəfə artaraq 823-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 4,2 dəfə artaraq 2,361 mln. manata çatıb.

Həmçinin, son bir ildə ərzində şirkət tərəfindən iqtisadiyyata yatırılan investisiyaların həcmi 4,1 dədə azalaraq 0,242 mln. manat, nizamnamə kapitalı isə 91% artaraq 2 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində şirkətin gəlirləri 74% artaraq 0,664 mln. manata, xərcləri isə 25,3% artaraq 0,361 mln. manata çatıb. Nəticədə, bu ilin yanvar-mart aylarında şirkətin əldə etdiyi mənfəətin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 0,242 mln. manat təşkil edib.

Lizinq portfelinin əsasını istehlak və ticarət sahələri təşkil edir.

Xatırladaq ki, təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» ASC 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin 29 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR