Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə bank ödənişlərinin həcmi artıb

Azərbaycanın AZIPS sistemi üzrə bank ödənişlərinin həcmi artıb
# 06 aprel 2011 15:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci il fevral ayında 6,742 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar ayı ilə müqayisədə bu göstərici 1,283 mlrd. manat və ya 23,5% artıb.

Qeyd edək ki, ödənişlərin sayında da artım baş verib. Belə ki, 2011-ci il yanvarında 20 min ödəniş aparılmışdırsa, fevralda bu göstərici 25 minə çatıb. Fevral ayında bir ödənişin ortalama həcmi 269,7 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 1,2% az olub.

Eyni zamanda, fevralda AZIPS vasitəsi ilə aparılmış əməliyyatlar göstəriciləri ötən ilin eyni ayına nisbətən də artıb. Belə ki, əməliyyatların həcmi illik müqayisədə 22,1%, sayı 4,2%, bir ödənişin ortalama həcmi isə 36,8% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR