Bank Of Baku

«AXA MBASK» iş adamlarına sığorta agentliyi açmağı təklif edir

«AXA MBASK» iş adamlarına sığorta agentliyi açmağı təklif edir
# 07 aprel 2011 08:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkəti pərakəndə satışın sığorta agentlikləri şəbəkəsi vasitəsi ilə inkişaf etdirilməsi planına uyğun olaraq, iş adamları, sahibkarları, sığorta agenti fəaliyyəti ilə məşğul olan və ya olmaq istəyən şəxsləri «AXA MBASK» brendi altında sığorta agentliyi açaraq yüksək gəlir əldə etməyi təklif edir.

Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkət bu sahədə əməkdaşlıqda maraqlı olan bütün hüquqi və fiziki şəxslərə dəstək göstərəcəyini bəyan edir.

«AXA MBASK» sığorta şirkəti sığorta agentlərinin fəaliyyətini tənzimləyən qanunvericiliyin tələbləri ilə bağlı bütün məsələlərdə sahibkarlara və işgüzar şəxslərə məsləhətlər verməyə və daimi yardım etməyə hazırdır. Bu məqsədlə şirkət daxilində xüsusi yaradılmış Agent Mərkəzi fəaliyyət göstərir.

Bakı şəhərində və ölkənin istənilən regionunda agentlik açmaq istəyən şəxslər, şirkətin korporativ saytında yerləşən müvafiq ərizə formasını doldurub «AXA MBASK» sığorta şirkətinin ofislərinə təqdim edə bilərlər.

Xatırladaq ki, «AXA MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR