Bank Of Baku

Azərbaycanda mantla pul bazası 28% artıb

Azərbaycanda mantla pul bazası 28% artıb
# 07 aprel 2011 09:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2011-cu ilin aprelin 1-nə 6 269 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin aprelin 1-nə nisbətən bu göstərici 1 367 mln. manat və ya 27,9% artıb.

Lakin eyni zamanda cari ilin əvvəlindən pul bazası 128,1 mln. manat və ya 2% azalıb. Bu azalma isə öz növbəsində mart ayında müəyyən dərəcədə tarazlaşıb. Belə ki, mart ayında pul bazası 169,5 mln. manat və ya 2,8% artıb. Pul bazasının həcminin ilin əvvəlində olan həcminə hələ də çatmaması yanvar və fevral aylarında 297,6 mln. manatlıq azalma səbəbindən baş verib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR