Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər artıb

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər artıb
# 07 aprel 2011 12:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərinin həcmi 2011-ci il fevral ayında 461 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar ayı ilə müqayisədə bu göstərici 31 mln. manat və ya 7,2% artıb.

Qeyd edək ki, XÖHKS ilə aparılan ödənişlərin sayında da artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 7,9% artaraq 919 minə çatıb.

Fevral ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 502 manat təşkil edib ki, bu da yanvar göstəricisindən 0,6% azdır. Azalma əməliyyatların sayının artım tempinin əməliyyatların həcminin artım tempindən daha yüksək olması səbəbindən baş verib.

XÖHKS ilə həyata keçirilən ödənişlərdə illik müqayisədə də artım müşahidə olunur. Belə ki, 2010-cu ilin fevralına nisbətən əməliyyatların həcmi 16,7%, sayı isə 18,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR