Bank Of Baku

«DəmirBank» MDB-də ilin bankı elan edilib

«DəmirBank» MDB-də ilin bankı elan edilib
# 07 aprel 2011 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «MDB ölkələri, Baltikyanı və Gürcüstan üzrə İlin Bankı - 2010» müsabiqəsi çərçivəsində «Yeni bank məhsullarının yaradılması və tətbiqi» nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə Ukraynanın «KBS-İzdat» agentliyi və «Bankir» jurnalının təşkilatçılığı, «Credit Rating» agentliyi və www.banki.ru informasiya portalının tərəfdaşlığı ilə həyata keçirilib. Mükafat Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna hökuməti və Milli Bankının, həmçinin Kiyevdə müvafiq ölkələrin səfirliklərinin təmsilçilərinin iştirakı ilə keçirilən mərasimdə təqdim edilib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 340,381 mln. manat, depozit portfeli 145,828 mln. manat, kredit portfeli 246,172 mln. manat, məcmu kapitalı 48,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR