Bank Of Baku

Azərbaycanda bankomatların sayı 12% artıb

Azərbaycanda bankomatların sayı 12% artıb
# 07 aprel 2011 14:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2011-ci ilin martın 1-nə 1 912 ədəd təşkil edib ki, bu da ötən ilin martın əvvəli ilə müqayisədə 198 ədəd və ya 11,6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində bankomatların sayı 1,1% artıb.

Qeyd edək ki, bankomatların 1 065-i Bakı şəhərində, 847-i isə digər şəhər və rayonlarda yerləşib.

Hesabat dövründə ölkə üzrə POS-terminalların sayı azalıb. Belə ki, martın 1-nə POS-terminalların sayı 7 983 ədəd olub ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 695 ədəd və ya 8% azdır. Lakin yanvar-fevral ayları ərzində POS-terminalların sayı 1,4% artıb. POS-terminalların 7 175-i Bakı şəhərində, 808-i isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR