Bank Of Baku

«Parabank» MDB-də dinamik inkişaf edən bank seçilib - FOTO

«Parabank» MDB-də dinamik inkişaf edən bank seçilib - <font color=red>FOTO</font>
# 07 aprel 2011 15:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC«MDB ölkələri, Baltikyanı və Gürcüstan üzrə İlin Bankı - 2010» müsabiqəsi çərçivəsində «Dinamik inkişaf edən bank» nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müsabiqə «Bankir» jurnalı və «KBS-İzdat» nəşriyyatı tərəfindən MDB, Baltikyanı ölkələri və Gürcüstandan olan 1220 bank arasında 10 nominasiya üzrə keçirilib.

Tədbirdə mükafatı «Parabank»a Ukraynadakı Azərbaycan səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri İrfan Davudov təqdim edib.

Qeyd edək ki, müsabiqənin məqsədi MDB, Baltikyanı ölkələr, Gürcüstan ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən bank təşkilatlarının ən yaxşısının müəyyənləşdirilməsi, beynəlxalq təcrübə prinsiplərinə uyğun olaraq, qeyd olunan ölkələrin ən yaxşı bankların nailiyyətləri haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,638 mln. manat, kredit portfeli 73,418 mln. manat, depozit portfeli 63,775 mln. manat, məcmu kapitalı 13,141 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 137 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR