Bank Of Baku

Qəddafinin dondurulmuş aktivləri Liviyaya humanitar yardım göstərilməsinə sərf olunacaq

Qəddafinin dondurulmuş aktivləri Liviyaya humanitar yardım göstərilməsinə sərf olunacaq
# 08 aprel 2011 07:25 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ hökuməti öz vətəndaşlarına qarşı cinayətlərdə ittiham olunan Liviya hökumətinin aktivlərini dondurmaq və bu vəsaitlərdən elə həmin vətəndaşlara humanitar yardım göstərilməsində istifadə etmək imkanlarını nəzərdən keçirir.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu bəyanatla ABŞ maliyyə nazirinin köməkçisi Devid Koen çıxış edib.

Onun sözlərinə görə, sözügedən aktivlərin nə Müəmmər Qəddafiyə, nə də hazırda Tripolidə hakimiyyətdə olan digər şəxslərə qaytarılmasından söhbət gedə bilməz. ABŞ prezidenti Barak Obamanın əmri ilə dondurulan Liviya aktivlərinin həcmi hazırda 34 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, ABŞ prezidentinin bu il fevralın 25-də imzaladığı əmrlə M.Qəddafi və onun uşaqlarının, həmçinin Liviya hökumətinin və digər dövlət strukturlarının aktivləri dondurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR